QMİ-dən azərbaycanlı zəvvarlarla bağlı - Açıqlama

qmi-den-azerbaycanli-zevvarlarla-bagli-
Oxunma sayı: 6764

Xəbər verdiyimiz kimi bir neçə saat əvvəl Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı növbəti faciə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Mina dağında yaranan qarışıqlıq nəticəsində azı 310 nəfər ölüb, yüzlərlə yaralı var.

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, azərbaycanlı zəvvarlarla telefon danışığı olub.

M.Payızovun sözlərinə görə, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib.