Qonaq getdiyi evdə yanıq xəsarətləri aldı

qonaq-getdiyi-evde-yaniq-xesaretleri-aldi
Oxunma sayı: 1753

Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü N.Yusifov qonaq getdiyi Şəmkir rayonunun Tatarlı kəndində yanıq xəsarətləri alıb. 

“Qafqazinfo” xəbər verir ki, 23 yaşlı gənc hamam otağında qızdırıcı cihazı yandırmaq istəyərkən qaz sızması nəticəsində partlayış baş verib.

Termiki yanıq xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib. Müalicəsi davam etdirilir.

Yunis Quliyev