Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və energetika naziri Qerman Qaluşenko ilə görüşmək üçün Kiyevə gedib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
Agentlik rəhbəri qeyd edib ki, bu, onun Ukraynaya 12-ci səfəridir. O əlavə edib ki, Qaluşenko ilə respublikanın enerji infrastrukturunun bərpasını müzakirə edib.
Xüsusilə, Xmelnitski AES-də yeni enerji blokları və Çernobıl AES-də təmir işləri müzakirə edilib. Bundan əlavə, Qrossinin bildirdiyinə görə, xarici işlər naziri ilə görüşdə Ukraynanın nüvə təhlükəsizliyinə dəstək, o cümlədən AEBA mütəxəssislərinin Zaporojye AES-də daimi iştirakı müzakirə edilib.
Son xəbərlər
Son Xəbərlər