“Quba Palace”da “Günəş uşaqlar” konserti keçirildi - Fotolar

quba-palaceda-gunes-usaqlar-konserti-kecirildi
Oxunma sayı: 1330

Novruz bayramı ərəfəsində “Quba Palace” hoteldə “Günəş uşaqlar” adlı konsert keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbir “Birlik” və “Qayğı-Sağlam Nəsil Naminə” ictimai birliklərinin və “Quba Palace” hotelin dəstəyi ilə martın 15-də baş tutub. 

Hər il keçirilən tədbirdə bu il də xüsusi qayğıya ehtiyacı olan uşaqlar bir gün ərzində hoteldə dincəlib, səhnə performansı göstəriblər.

Uşaqlar üçün master-klaslar keçirilib, onlar qolf oynayıb, rəqs edib, əyləniblər. Həmçinin hotel ərazisində göldə uşaqlar üçün katamaran gəzintisi təşkil olunub.