Qubada evlərdən 60 minlik oğurluq edən tutuldu - Foto

qubada-evlerden-60-minlik-ogurluq-eden-tutuldu
Oxunma sayı: 1335

Qubada evlərdən silsilə oğurluqların edilməsi barədə polisə zərərçəkən şəxslərdən şikayətlər daxil olub.

“Qafqazinfo” xəbər verir ki, Quba RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı Roman Məmmədşahov saxlanılıb.

Araşdırmalarla onun müxtəlif evlərdən 10 min manat, 40 min manat dəyərində qızıl-zinət əşyaları və 7370 dollar oğurladığı müəyyən edilib. R.Məmmədşahovdan oğurluq yolla əldə etdiyi qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Məmmədşahovun barəsində həbs qətimkan tədbiri seçilib.