Qubada yol qəzası - Ölən və yaralanan var

qubada-yol-qezasi
Oxunma sayı: 1815

Qubada avtomobil ağaca çırpılıb sürücü ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Ağbil kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Aşağı-Xuc kənd sakini, 2002-ci il təvəllüdlü Ceyhun Yusifov idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən, idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsini yol kənarındakı ağaca çırpıb.

Hadisə zamanı ağır bədən xəsarətləri alan C.Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını itirib.

Avtomobildə olan sərnişin 2001-ci il təvəllüdlü Asim Qafarov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mübariz Muradov