Qubanın Cimi kəndində növbəti səyyar qəbul keçirildi - Fotolar

qubanin-cimi-kendinde-novbeti-seyyar-qebul-kecirildi
Oxunma sayı: 1569

Bu gün Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov Qonaqkənd qəsəbə inzibati ərazi dairəsinin Cimi kəndində vətəndaşların səyyar qəbulunu keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, RİH yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Səyyar qəbul zamanı RİH başçısı İlqar Mahmudov və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. 

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.