"Azadlıq" meydanında hərbi paradla bağlı problem yarandı

quotazadliqquot-meydaninda-herbi-paradla-bagli-problem-yarandi
Oxunma sayı: 4219


"Qafqazinfo" xəbər verir ki, “Azadlıq” meydanının altında yeni avtomobil dayanacağı tikilib və bir necə ay əvvəl istifadəyə verilib. Avtodayanacaq istifadəyə verildikdən az sonra meydanın müxtəlif yerlərində çatlar əmələ gəlib. 

Hərbi paradda ağır texnikanın, tankların, raketdaşıyan maşınların, yeni alınan döyüş maşınlarının keçidi nəzərdə tutulub. Amma “Azadlıq” meydanının altında tikilən avtodayanacağın hərbi texnikanın  ağırlığına tab gətirmədiyi müəyyən olunub. Bununla bağlı mütəxəssislər avtodayanacağın dayaq dirəklərinə və üst hissəsinə baxış keçiriblər. Mütəxəssislər xüsusi avadanlıqlarla apardıqları yoxlamalar nəticəsində avtodayanacağın üstündən, yəni “Azadlıq” meydanında ağır texnikanın keçməsinin, xüsusən də qısa intervalla keçməsinin mümkün olmadığına dair rəy veriblər. 

Hazırda “Azadlıq” meydanının alt hissəsində olan avtodayanacaqda bərkitmə, gücləndirmə işləri aparılır, əlavə dirəklər qoyulur. Bu işlər yekunlaşandan sonra paradın “Azadlıq” meydanında keçirilməsinin mümkün olub-olmayacağı bilinəcək.