"Məndən test üçün pul istədi və özünü asdı..." - - Elman Türkoğlu+Fotolar

quotmenden-test-ucun-pul-istedi-ve-ozunu-asdiquot-
Oxunma sayı: 10610


Ötən gecə intihar edən Məhəmmədəmin Həsənlinin atası bayraqdar Elman Türkoğlu oğlunun ölümündən danışıb. O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə gecə saat 2-yə işləmiş olub: “Məhəmmədəmin imtahana hazırlaşırdı. Məndən test üçün pul istədi, verdim. Heç 20 dəqiqə keçmədi ki, qışqırıq səsi gəldi, gördük yataqxananın tualetindən özünü asıb. Buna da şükür”.

Məhəmmədəmin Həsənlini Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiyasından keçirəndən sonra ailə uşağı dəfn etmək üçün Masallıya yola düşüb.