Bu dəqiqələrdə jurnalist Nicat Dağlar Azərbaycana qayıdıb. Nicat Dağları qarşılayan dostları arasında “Qafqazinfo”nun əməkdaşı da olub. Almaniyadan müalicədən qayıdan jurnalist özünü yaxşı hiss etdiyini deyib:
“Oktyabra qədər müalicəmi həkimlərin göstərişləri əsasında davam etdirəcəyəm. Ola bilsin xəstəlik o səviyyəyə düşdü ki, analizdən sonra əməliyyata ehtiyac olmadı. Demək olar ki, məni tam sağaldıblar.Almaniyaya müalicəyə gedəndə bədənimdəki leykositlərin sayı 300 min idisə, indi 25 minə düşüb. Bu isə norma deməkdir. Özümü yaxşı hiss edirəm”.
Qeyd edək ki, Nicat Dağlar Almaniyaya iyulun 26-da getmişdi.
Xatırladaq ki, Nicat Dağların müalicəsinə lazım olan bütün xərcləri prezident İlham Əliyev öz üzərinə götürüb.