Quql 2023-cü ildə ən populyar axtarış sorğularının adını açıqladı

quql-2023-cu-ilde-en-populyar-axtaris-sorgularinin-adini-aciqladi
Oxunma sayı: 3145

2023-cü ildə Quqlda ən populyar axtarış sorğuları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, müvafiq statistikanı “Google Trends” xidməti dərc edib.

İlin sonunda Qəzza zolağında Fələstin-İsrail qarşıdurması ilk 10-luqda birinci, “Titan” sualtı qayığı ilə baş verən fəlakət ikinci yeri, Türkiyədə baş verən zəlzələ üçüncü yeri tutub.

Bunun ardınca bir sıra qasırğalar, Lyuston və Neşvildə atışmalar, Hindistanın Aya eniş missiyası və Sudandakı müharibə gəlir.

Qeyd edək ki, 2022-ci ildə Ukrayna münaqişəsi axtarış sorğuları reytinqində birinci olub.