Qurbanov və Jorje mətbuat önünə bu vaxt çıxacaq

qurbanov-ve-jorje-metbuat-onune-bu-vaxt-cixacaq
Oxunma sayı: 1081

Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” -  “Braqa” (Portuqaliya) görüşündən əvvəl təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları dəqiqləşib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat önünə fevralın 21-də saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında çıxacaq. Komandanın media nümayəndələri üçün açıq məşqi isə (ilk 15 dəqiqə) 17:30-da “Azersun Arena”da baş tutacaq. 

“Braqa”nın baş məşqçisi Artur Jorjenin mətbuat konfransı isə həmin gün saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Portuqaliya klubunun həmin stadionda 15 dəqiqəsi media üçün açıq olacaq məşqi 21:30-da başlayacaq.