Tacikistan Rusiyaya nota verdi

tacikistan-rusiyaya-nota-verdi
Oxunma sayı: 5567

Rusiyanın Tacikistandakı səfiri Semyon Qriqoryev bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, səfirə Rusiya ərazisində Tacikistan vətəndaşlarına qarşı “kütləvi mənfi münasibət göstərilməsinə” görə etiraz notası təqdim edilib. 

Bununla yanaşı, Rusiyada Tacikistan vətəndaşlarının hüquq və azadlıqlarının pozulduğu iddia edilib.

Qeyd edək ki, aprelin 28-də Tacikistan XİN Moskva hava limanlarında yoxlamalar səbəbindən ölkənin minə yaxın vətəndaşının orada qaldığını açıqlayıb. Bununla yanaşı, “Азия-Плюс” nəşrinin yazdığına görə, aprelin 22-dən Orenburq vilayətində Qazaxıstan-Rusiya sərhədində detallı yoxlamalar səbəbindən Tacikistan dövlət nömrə nişanlı təqribən 180 avtomobil girişdə qalıb. Bu hadisələrlə əlaqədar Tacikistan XİN öz vətəndaşlarını müvəqqəti olaraq mütləq zərurət olmadan Rusiyaya səfər etməməyə çağırıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə bu yoxlamaların “Crocus City Hall”da baş verən terror aktından sonra gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı olduğunu bildirib.