Qusarda qəza - 7 yaşlı uşaq öldü

qusarda-qeza
Oxunma sayı: 3426

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu haqda “Qafqazinfo”ya DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, ötən gün saat 18:30 radələrində Qusar rayonu ərazisində rayon sakini Şənlik Qaziyev idarə etdiyi “İSUZU”  markalı avtomobil ilə yolu keçən piyada 2017-ci il təvəllüdlü rayon sakini Seymur Lətifovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.