Qusardakı hoteldə meyiti tapılan şəxsin ölüm səbəbi bəlli oldu - Yenilənib

qusardaki-hotelde-meyiti-tapilan-sexsin-olum-sebebi-belli-oldu
Oxunma sayı: 3718

Qusarda yerləşən hoteldə meyit tapılıb.

“Qafqazinfo” Bizim.media-ya istinadən xəbər verir ki, hadisə fevralın 13-ü saat 14 radələrində Çiləgir kəndində yerləşən “Chateau” hotelində baş verib.

1957-ci il təvəllüdlü Ukrayna vətəndaşı Boris Merzlyakovun meyiti hotel otağında aşkarlanıb.

Meyitin üzərində zorakılıq əlamətləri müşahidə edilməyib.

Şəxsin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

***

B. Merzlyakovun ölüm səbəbi məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Qusara istirahətə gələn əcnəbi turist kəskin ürək çatışmamazlığından dünyasını dəyişib.