Quterreş Qəzza ilə bağlı TŞ-yə müraciət etdi

quterres-qezza-ile-bagli-ts-ye-muraciet-etdi
Oxunma sayı: 1481

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş səlahiyyət müddəti ərzində ilk dəfə olaraq BMT Nizamnaməsinə uyğun olaraq Qəzzadakı humanitar fəlakətin qarşısının alınması üçün Təhlükəsizlik Şurasına məktub göndərib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş katibin sözçüsü Stefan Düjarrik mətbuat konfransında bildirib.

Qeyd olunub ki, Quterreş Qəzza xalqının yaşamaq üçün sığınacaqlarının olmadığını, onların əsas ehtiyaclarını ödəyə bilmədiklərini, bölgəyə məhdud humanitar yardımın qeyri-mümkün hala gəldiyini və buna görə də ictimai asayişin tezliklə dağılacağını gözlədiyini vurğulayıb.