Qvardiola futbolçudan üzr istədi

qvardiola-futbolcudan-uzr-istedi
Oxunma sayı: 2668

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola futbolçu Kalvin Fillipsdən  üzr istəyib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb baş məşqçinin 2 il öncə futbolçuya məşq etmək üçün uyğun çəkidə olmadığını deməsidir.

P. Qvardiola jurnalistələrə açıqlamasında yarımmüdafiəçi ilə əvvəlcədən bu barədə danışdığını bildirib: “Mən ondan üzr istəyirəm. Şərh verməzdən əvvəl onunla danışmışam. Burada bir şey deməzdən əvvəl komanda və oyunçularla müzakirələr edirəm”.

Qeyd edək ki, Kalvin Filips hazırda "Vest Hem"də icarə əsasında çıxış edir.