Radikallar Kiyevdə olan rus repçini axtarırlar

radikallar-kiyevde-olan-rus-repcini-axtarirlar
Oxunma sayı: 1310

Ukrayna radikalları Basta adı ilə tanınan repçi Vasili Vakulenko barədə axtarış elan ediblər.

“Qafqazinfo” “Life.ru”ya istinadən xəbər verir ki, sənətçinin indi Kiyevdə olduğuna əmin olan radikal qruplar onun harada olması barədə məlumat üçün pul ödəməyə hazır olduqlarını bildiriblər.

Radikal sağçıların keçmiş rəhbəri Sergey Sternenko Basta haqqında hər hansı bir informasiya üçün 1000 dollar ödəməyə söz verib.

“Ümumilikdə, Krımın işğalını dəstəkləyən və Kiyevə gələn Rusiya vətəndaşı Vasili Vakulenkonun (Basta) hansısa bir addımı və yeri barədə məlumat verən vətəndaşlara təxminən 1000 dollar verməyə hazırıq. Qorxuram ki, Basta tezliklə özünü Ukrayna Təhlükəsizlik Xidmətinə təhvil edəcək”, - deyə Sternenko qeyd edib.