Rafael Ağayev karate federasiyasının vitse-prezidenti oldu

rafael-agayev-karate-federasiyasinin-vitse-prezidenti-oldu
Oxunma sayı: 5132

Rafael Ağayev və Qurban Tağıyev Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunublar.

“Qafqazinfo” xəbər verir ki, digər dəyişiklik isə yığma komandamızla bağlıdır.

Belə ki, Şahin Atamov kişilərdən ibarət yığma komandamızın baş məşqçisi təyin edilib. Ona Niyazi Əliyev və Rəşad Hüseynov kömək edəcəklər.