İtaliyalı mütəxəssis Klaudio Ranyeri başçılıq etdiyi “Roma”nın son ev oyununda böyük coşqu ilə yola salınıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 73 yaşlı çalışdırıcıya “Stadio Olimpiko”da xüsusi pankartlar və xoreoqrafiya açılıb.
Qeyd edək ki, K. Rayneri “Roma”ya qışda gəlib. O, 12-ci pillədə qəbul etdiyi komandanı 18 oyun məğlubiyyətsiz seriya ilə liderlər sırasına qaldırıb. Romalılar artıq Avropa Liqasına vəsiqəni təmin edərək Çempionlar Liqasına şansını saxlayır.