Tanınmış iş adamı, “Baku Steel Company” şirkətinin keçmiş rəhbəri Rasim Məmmədovun məhkəməsi yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, R.Məmmədov 14 il müddətə azadlıqdan məhrum edilib. Bundan başqa iş adamına və onun yaxınlarına məxsus üzərinə həbs qoyulmuş 70 milyon manat dəyərindəki əmlaklar da müsadirə olunub.
Həmçinin oxuyun: Бакинская Оксфордская школа конфискована
Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, 185 milyon manatlıq yeyintidə təqsirli bilinirdi.
Amin Nəzərli