Rauf Dadaşov vəfat etdi

rauf-dadasov-vefat-etdi
Oxunma sayı: 3594

Əməkdar Mədəniyyət işçisi Rauf Dadaşov 75 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, animasiya rəssamının ölümü barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının feysbuk səhifəsi məlumat yayıb.

Qeyd olunub ki, Dadaşov uzun sürən xəstəlikdən sonra vəfat edib.