Bakıda körpə əkizlər dəm qazından boğuldu

bakida-korpe-ekizler-dem-qazindan-boguldu
Oxunma sayı: 2517

Bakıda azyaşlı bacı-qardaş dəm qazından zəhərlənərək ölüb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən Xətai rayonunda qeydə alınıb. 

2024-cü il təvəllüdlü Fərxan Fərman oğlu Səfərov və əkiz bacısı Kübraxanım yaşadıqları evdə dəm qazından boğulublar.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.