“Rayon sakinləri ödənişli yoldan istifadə edə bilmir”

rayon-sakinleri-odenisli-yoldan-istifade-ede-bilmir
Oxunma sayı: 3435

“Quba, Qusar, Xaçmaz rayonlarının yerli sakinləri ödənişli yoldan istifadə edə bilmir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O bildirib ki, tarifin yüksək olması səbəbindən əhalinin böyük hissəsi ödənişli yoldan istifadə edə bilmir: “9,77 manat tarif rayon, kənd camaatı üçün yüksəkdir. Gediş və gəliş üçün bu tarifi iki dəfə ödəmək lazım gəlir. Düşünürəm ki, tarifə baxmağa ehtiyac var. Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarova, Baş nazir Əli Əsədova da fikirlərimi bildirmişəm”.

Nizam Rza