Rayonlara leysan yağıb - Faktiki hava

rayonlara-leysan-yagib
Oxunma sayı: 2026

Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Qusar, Şahdağ, Sabirabadda arabir leysan xarakterli yağış yağıb.

Bu barədə "Qafqazinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26 dərəcəyədək, Naxçıvan MR-da 25 dərəcəyədək, Aran rayonlarında 26 dərəcəyədək, dağlıq rayonlarda 13 dərəcəyədək isti qeydə alınıb.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti sentyabrın 26-sı gündüzədək davam edəcək, 27-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.