Reabilitasiya mərkəzində müalicə alan gənc faciəvi şəkildə öldü

reabilitasiya-merkezinde-mualice-alan-genc-facievi-sekilde-oldu
Oxunma sayı: 8165

Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən reabilitasiya mərkəzində müalicə alan gənc ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanvarın 31-nə keçən gecə X.Məmmədov küçəsi 44 ünvanında yerləşən “Uğur yolu” – narkotik asılılığı olan şəxslərin reablitasiya mərkəzində müalicə alan 27 yaşlı R.F. özünü həyətdəki hovuza atıb. O, hovuzdan çıxarıldıqdan bir qədər sonra halı qəfil pisləşib. Xəstəxanaya aparılan şəxs orada vəfat edib.

Onun özünü hansı şəraitdə və nə məqsədlə hovuza atması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.