“Real” Çempionlar Liqasını qazanmağa əsas namizəddir” - Ançelotti

real-cempionlar-liqasini-qazanmaga-esas-namizeddir
Oxunma sayı: 2301

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının Avropanın ən nüfuzlu klub turnirindəki ambisiyalarından danışıb.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssis Madrid təmsilçisinin hər zaman bu turnirin qalibi olmaq üçün mübarizə apardığını deyib: 

“Real” böyük tarixinə görə  Çempionlar Liqasını qazanmağa əsas namizəddir. Biz həmişə ÇL-in qalibi olmaq üçün mübarizə aparırıq. Qrup olaraq yaxşı çıxış etdik. Bəli, bu turnirdə qalib gəlmək həmişə çətindir, lakin bizdə sona qədər mübarizə aparmaq və rəqabətədavamlı olmaq üçün lazımi keyfiyyətlər var”.

Qeyd edək ki, “Real” tarixində 14 dəfə Çempionlar Liqasının qalibi olub.