“Real Madrid” onu transfer etdi

real-madrid-onu-transfer-etdi
Oxunma sayı: 3018

İspaniyanın “Real Madrid” klubu Dortmund “Borussiya”sının futbolçusu Cud Bellingemi transfer edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu transferə görə Dortmunda 103 milyon avro ödəyəcək.

Bu, hər iki klubun tarixində ən yüksək qiymətli transferlərdən biri olacaq.

20 yaşlı Bellingemin yaxın günlərdə tibbi müayinədən keçəcəyi gözlənilir.