“Real”ın yarımmüdafiəçisi “Arsenal”a keçir

realin-yarimmudafiecisi-arsenala-kecir
Oxunma sayı: 1095

“Arsenal” “Real”ın futbolçusu Martin Edeqoru icarəyə götürmək üzrədir.
 
“Qafqazinfo” xəbər verir ki, yekun danışıqlardan sonra norveçli futbolçu mövsümün sonuna qədər “topçular”da çıxış edəcək.
 
“Real” Edeqoru 2015-ci ildə transfer edib. 22 yaşlı yarımmüdafiəçi daha öncə Niderlandın “Herenven” və “Vitess” klublarına icarəyə verilmişdi. O, ötən mövsüm “Real Sosyedad”da keçirdiyi 36 oyunda 7 qol vurub, 9 məhsuldar ötürmə edib.