“Rəhbərlər televiziyanın rəzil gününü millətə bağlayırlar” - Video

rehberler-televiziyanin-rezil-gununu-millete-baglayirlar
Oxunma sayı: 3764

“Televiziya rəhbərləri televiziyanın rəzil gününü millətin aşağı səviyyəsinə bağlayırlar”. 

“Qafqazinfo” xəbər verir ki, bunu aparıcı Kamran Həsənli İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq” verilişində televiziyaların hazırkı vəziyyətinin müzakirəsi zamanı deyib.

“Ədəbiyyatda Hüseyn Cavidi, Xəlil Rzanı, Mikayıl Müşfiqi yaradan millət günahkardır. Yəni onun səviyyəsi o qədər aşağıdır ki, axırda maaş verəcək deyə pis veriliş etməlidir ki, baxılsın. Bəlkə də dünyada yeganə xalq bizik ki, qürurla, açıqca deyirik ki, biz televizora baxmırıq”, - deyə K.Həsənli bildirib. 

O, televiziyaların indiki səviyyəsini tənqid edərək telekanallara yenidən format vermək lazım olduğunu əlavə edib.

Kamran Həsənlinin çıxışı ilə bağlı videonu təqdim edirik: