Türkiyə Super Liqasında 15-ci turun oyunları davam edir.
“Qafqazinfo” xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” səfərdə “Başakşehir”in qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Renat Dadaşov da bu görüşün iştirakçısı olub. Millimizin üzvü matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb. 24 yaşlı forvard 90+9-cu dəqiqədə penaltidən yararlana bilməyib.
15 turdan sonra 18 xal toplayan “Hatayspor” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
“Başakşehir” – “Hatayspor” 1:0
Qol: Mehdi Abeyd, 11