“Renessans Palace”da qiymətləndirmə həyata keçirildi - Fotolar

renessans-palaceda-qiymetlendirme-heyata-kecirildi
Oxunma sayı: 1674

“Azerbaijan Green Building Council” İctimai Birliyi “AS Group” şirkətinin layihəsi olan “Renessans Palace” Premium Yaşayış kompleksinin sertifikatlaşdırılması üçün qiymətləndirmə həyata keçirib. 

“Qafqazinfo” xəbər verir ki, 2.7 hektar ərazidə inşa olunmuş “Renessans Palace” yaşayış kompleksində “avtomobilsiz həyət” konsepsiyasına əsaslanaraq yalnız sakinlərin istirahəti və asudə zamanlarının səmərəli keçirmələri üçün 1.5 hektarlıq, müxtəlif növ ağac, bitki və çiçəklərdən, velosiped yolları, uşaq və idman meydançasından ibarət park-həyət salınıb.

Kompleksin xarici divarlarının tikintisində termal körpüləri azaldan, səs izolyasiyasını artıran, rütubətə qarşı effektiv olan termobloklardan istifadə edilib.

Qeyd edilən həllər sayəsində kompleksin mənzillərində istilik (soyuq hava) itkisini və enerji istehlakını əhəmiyyətli dərəcədə azaltmaq mümkün olub. Kompleksdə qurulan yağıntı sularının toplanma sistemində yığılan sulardan park- həyətin suvarmasında istifadə edilir.  “Renessans Palace” Yaşayış Kompleksinin 1500 avtomobillik yeraltı parkinqi elektrik avtomobilləri üçün doldurucularla da təchiz edilib.

“Renessans Palace”ın inşasında enerji və digər resursların səmərəliliyinin  təmin edilməsi üçün tətbiq edilmiş həllər kompleksi dayanıqlı və ətraf mühit dostu olmasını təmin edib. Məhz bu səbəbdən  premium yaşayış kompleksinin “Azərbaycan Green Building Council İctimai Birlik” tərəfindən çoxmərtəbəli yaşayış binaları üçün müəyyən edilmiş BEST adlı müəssisə standartlarının tələblərinə uyğun olduğu təsdiq edilmiş və QIZIL kateqoriyaya layiq görülüb.

www.asgroup.az saytına daxil olaraq “AS Group” və onun həyata keçirdiyi layihələr, fəaliyyət istiqamətləri haqqında daha geniş məlumat əldə etmək mümkündür.