“Rəqəmsal məktəb” platforması 543 mindən çox şagirdi əhatə edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, təhsilin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən layihələr çərçivəsində “Rəqəmsal məktəb” platforması 2025-ci ilin sentyabr ayından Bakı şəhərində tətbiq edilir: “Rəqəmsal məktəb” layihəsinin istifadəçi sayı 900 mini keçib. Onlardan 543 255-i şagirddir. Həmçinin 360 709 valideyn bu platformada qeydiyyatdan keçib”.
V. Xanlarov qeyd edib ki, layihə çərçivəsində I-XI siniflər üzrə 9 235 məzmun platformaya inteqrasiya olunub. Gələcəkdə regionlarda da “Rəqəmsal məktəb” platformasının tətbiqi planlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər