“Rəqib bizi son anda “öldürdü” - Alvaro Djalo

reqib-bizi-son-anda-oldurdu
Oxunma sayı: 2714

“Rəqib azlıqda qaldıqdan sonra daha yaxşı oynamağa başladıq. Çətin işin öhdəsindən gəldik və matçı əlavə vaxta daşıdıq. Lakin rəqib bizi son anda “öldürdü”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Braqa”nın futbolçusu Alvaro Djalo deyib.

O, Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la görüşlərdə mübarizəni dayandırmaqlarından danışıb: “Qol vuranda hesab edirdim ki, biz geridönüşə nail olarıq. Yenə qol buraxdıq, 3-cü qolu da vurduq, ümidlərimi artdı. Amma bütün bunlar futbolda baş verənlərdir. İşlər yaxşı getməyəndə əsəb olur, yaranır. Amma idman belədir və hər şeyə hazır olmalısan. Növbəti oyunlarda özümüzü daha yaxşı tərəfdən göstərməliyik”.