“Rəqs et, sev, boşqabları sındır, pişikləri yemlə...!!” - Madonnaya layiq ad günü

reqs-et-sev-bosqablari-sindir-pisikleri-yemle
Oxunma sayı: 644

Dünya şöhrətli pop ulduzu Madonna 68-ci ad gününü Yunanıstanın Korfu adasında ailəsi və yaxınlarının əhatəsində təmtəraqla qeyd edib.

“Qafqazinfo” “People”a istinadla xəbər verir ki, sənətçi avqustun 16-da baş tutan ad günündən özəl görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

“Instagram” hesabındakı paylaşımında sənətçi “Mənim ad günümdür! Ye, dua et, sev, iç, rəqs et, boşqabları sındır, pişikləri yemlə!!” sözlərini qeyd edib.

Paylaşılan fotolarda Madonnanın yanında 5 övladı və 30 yaşlı sevgilisi Akim Morris yer alıb. Ulduz ifaçı ad günü şərəfinə üzərində göz formasında bəzək olan ürək şəklində tort kəsib.