Rəşad Sadıqov Qurban Qurbanovu belə təbrik etdi - Video

resad-sadiqov-qurban-qurbanovu-bele-tebrik-etdi
Oxunma sayı: 5637

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovu təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, ötən gün Avropa Liqasında “Qarabağ”ın “Braqa”nı mübarizədən kənarlaşdırmasından sonra Rəşad Sadıqov Qurban Qurbanovun yanına gələrək onu qucaqlayıb və qazandıqları qələbə münasibətilə təbriklərini çatdırıb.

Qeyd edək ki, 2009-2010 və 2011-2020-ci illərdə “Qarabağ”da çıxış edən baş məşqçi komandanın uğurlarında böyük pay sahibidir.

Həmin görüntüləri təqdim edirik: