Rəsmi Moskvadan terror aktı ilə bağlı ilk - Açıqlama

resmi-moskvadan-terror-akti-ile-bagli-ilk
Oxunma sayı: 9129

“Crocus City Hall”da baş verənlər qanlı terror aktıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov deyib.

O, müxtəlif ölkələrdən Rusiya XİN-ə zənglərin daxil olduğunu bildirib. Qeyd edib ki, hazırda rəsmi Moskvaya dünya ölkələri başsağlığı verir. Bu ölkələr arasında ABŞ də var.

Xatırladaq ki, bu gün Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Nəticədə 40 nəfər həlak olub, 100-dən çox insan isə xəsarət alıb.