Rəsmilər “Ana harayı”nı ziyarət etdi - Fotolar

resmiler-ana-harayini-ziyaret-etdi
Oxunma sayı: 9905

Xəbər verdiyimiz kimi, bu gün Xocalı faciəsinin 33-cü ildönümüdür.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan xalqı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Bakıdakı “Ana harayı” abidəsini ziyarət edir.

Ziyarətçilər arasında hökumət və dövlət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, eləcə də sıravi vətəndaşlar var.

Fotoqraflarımız Pərvin Zeynal və Xəyal Vəlizadənin ziyarətdən lentə aldığı görüntüləri təqdim edirik: