Azərbaycanda bir çox sahələrdə fəaliyyət göstərən “Retro Holding” MMC yarım milyonluq mənimsəmə iddiası ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Retro Holding” Rayon Polis İdarəsinə məktubla müraciət edərək 2016-cı ilin dekabr ayında baş verən hadisə barədə məlumat verib.
Ərizədə qeyd edilib ki, həmin zaman “Spult” MMC-nin direktoru Azad Əliyev Holdinqdən 350 min dollarlıq (təxminən 595 min manat) arpa alıb. Lakin A.Əliyevin bu günədək pulu ödəmədiyi bildirilib.
Həmçinin oxuyun: Hazırda məhkəməsi gedən MTN polkovnikləri Vəkillər Kollegiyasına üzv qəbul edilib - Açıqlama
Hazırda Xəzər RPİ-də ilkin əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər