Roluna görə 136 kq-lıq kostyum geyindi - İlk “Oskar”ını aldı

roluna-gore-136-kq-liq-kostyum-geyindi
Oxunma sayı: 2816

Xəbər verdiyimiz kimi, Amerika Kino Sənətləri və Elmləri Akademiyasının (“Oskar”) mükafatlandırma mərasimi keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, “Ən yaxşı kişi rolu” nominasiyasında “The Whale” filminin baş rol ifaçısı amerikalı aktyor Brendan Freyzer qalib olub.

B. Freyzer filmdə piylənmədən əziyyət çəkən kişini canlandırıb. Aktyor rolu üçün 136 kiloqram çəkisi olan kostyum geyinməli olub.

Filmin ssenarisinə əsasən, baş rol ifaçısı sağlamlığı ilə problemləri fonunda uzun müddətdir onunla danışmayan qızı ilə münasibətlərini yoluna qoymağa çalışır.

Bu, 54 yaşlı aktyorun ilk “Oskar”ıdır.

Qeyd edək ki, “Ən yaxşı aktyor” nominasiyasına Ostin Batler, Kolin Farrell, Pol Meskal və Bill Nayi namizəd idi.