“Roma” De Rossi ilə bağlı qərar verdi

roma-de-rossi-ile-bagli-qerar-verdi
Oxunma sayı: 3097

İtaliyanın "Roma" klubu baş məşqçi Daniele De Rossi ilə bağlı qərar verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, A Seriyası təmsilçisi italyan mütəxəssislə yola davam edəcək. 40 yaşlı məşqçi 2027-ci ilin yayına kimi paytaxt klubunu çalışdıracaq.

Qeyd edək ki, Daniele De Rossi bu ilin yanvar ayında "Roma"nın baş məşqçisi təyin olunub.