Portuqaliya yığmasının ulduzu və kapitanı Kriştianu Ronaldo dünya çempionatına vəsiqə qazanan milli üzvlərinə saat hədiyyə edib.
“Qafqazinfo” xəbər verir ki, o, üzərində Portuqaliya bayrağının rənglərini əks etdirən saatları komanda yoldaşlarına mükafat olaraq verib.
Hətta Ronaldo avtomobil qəzasında həyatını itirən yığmanın sabiq üzvü Dioqo Jota üçün də saat düzəltdirib və onun ailəsinə göndərib.
Qeyd edək ki, bu saatdan 35 ədəd hazırlanıb. Birinin qiymətinin 31 min dollar (52 min 700 manat) olduğu bildirilir.


Son xəbərlər
Son Xəbərlər