Ronaldo yenidən milliyə dəvət aldı

ronaldo-yeniden-milliye-devet-aldi
Oxunma sayı: 2248

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo növbəti dəfə Portuqaliya millisinə çağırılıb.

“Qafqazinfo” Portuqaliya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu Avro-2024-ün seçmə mərhələsində  Bosniya və Herseqovina (17 iyun) və İslandiya (20 iyun) ilə oyunlar üçün yığmaya dəvət alıb.

Qeyd edək ki, Ronaldo “Əl-Nəsr”lə  Səudiyyə Ərəbistanı çempionatında bu mövsüm 2-ci olub.