Ronaldodan böyük jest - Hakim penalti qərarını dəyişdi+Video

ronaldodan-boyuk-jest
Oxunma sayı: 8722

Asiya Çempionlar Liqasında keçirilən “Əl-Nəssr” - “Persepolis” matçında meydan sahiblərinin ulduz futbolçusu Kriştiano Ronaldo diqqət mərkəzinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın 2-ci dəqiqəsində portuqaliyalı futbolçu cərimə meydançasının daxilində yıxılıb.

Bu zaman oyunun baş hakimi İran klubunun qapısına penalti təyin edib. Ronaldo isə hakimə yaxınlaşaraq cərimə meydançasının daxilində özünə qarşı rəqib futbolçu tərəfindən müdaxilə edilmədiyini, bu səbəbdən penaltinin olmadığını bildirib.

Nəticədə referi penalti qərarından daşınıb.