Rövnəq Abdullayev Cüdo Federasiyasından getdi - Yenilənib

rovneq-abdullayev-cudo-federasiyasindan-getdi
Oxunma sayı: 4890

Bu gün Azərbaycan Cüdo Federasiyasında növbədənkənar hesabat-seçki konfransı keçiriləcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, konfrans saat 16:00-da Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq.  

Məlumata görə, növbədənkənar seçki federasiyanın rəhbərliyinin dəyişilməsi ilə bağlıdır. Bunun üçün artıq bir neçə namizəd irəli sürülüb. Seçki konfransında yeni prezidentin adının müəyyənləşəcəyi gözlənilir.

Federasiyanın baş katibi Elmar Babanlı “Qafqazinfo”ya açıqlamasında konfransın olacağını təsdiqləsə də, gündəlikdə hansı məsələnin olacağını açıqlamayıb.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının hazırki prezidenti Rövnəq Abdullayevdir. O, 2015-ci ildən federasiyaya rəhbərlik edir. R.Abdullayev eyni zamanda AFFA-nın da prezidentidir.

Xatırladaq ki, Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin edərkən federasiyalardakı görülən işlərdən narazılığını dilə gətirmiş, dövlət başçısı yeni nazirə bu sahədə araşdırmaların aparılması ilə bağlı tapşırıq vermişdi. Onu da əlavə edək ki, cüdo yığmamız Tokio-2020 Olimpiya Oyunlarında uğursuz çıxışı ilə yadda qalmışdı. Növbədənkənar seçkinin bu səbəbdən keçirildiyi istisna deyil. 

***

Seçkinin nəticəsinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Cüdo Federasiyasının yeni prezidenti olub.

Həmçinin oxuyun: Xanlar Vəliyev ilk dəfə “Tərtər işi”ndən danışdı

Avtomobil nömrələri üçün rüsumlar 500 manat qaldırılır

Xaricdən özünə telefon gətirən şəxslərin nəzərinə!