Rövşən Əsgərov Rusiyada terrorçular siyahısına daxil edildi

rovsen-esgerov-rusiyada-terrorcular-siyahisina-daxil-edildi
Oxunma sayı: 7336

“Rosfinmonitorinq” “Nə? Harada? Nə vaxt?” yarışmasının azərbaycanlı oyunçusu Rövşən Əsgərovu terrorçular və ekstremistlər siyahısına əlavə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat idarənin saytında yerləşdirilib.

Xatırladaq ki, Rusiyanın Ədliyyə Nazirliyi Əsgərovu 2022-ci ilin dekabrında xarici agentlər siyahısına daxil edib. O, Rusiyada federal axtarışdadır.

2022-ci ilin aprelində İstintaq Komitəsi ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açıb. Buna səbəb keçmiş ekspertin sosial şəbəkələrdə rus komandiri, Sovet İttifaqının marşalı Georgi Jukovun “xatirəsini təhqir edən və ləkələyən yalan məlumat” dərc etməsi olub.