Röya eks-əri ilə barışıb? - Video

roya-eks-eri-ile-barisib
Oxunma sayı: 16878

Xalq artisti Röya Ayxan keçmiş həyat yoldaşı ilə olan arxiv görüntülərini paylaşıb. 

“Qafqazinfo” xəbər verir ki, rəsmi instaqram hesabının hekayə bölümündə yer alan videoda o, eks-əri Anar Cəlilovla rəqs edir. Röya videoya “köhnə xatirələr” başlığını verib, bundan başqa paylaşımına ürək “stikeri” də əlavə edib.

İllər sonra ifaçının bu videonu gündəmə gətirməsi onun A.Cəlilovla barışması ehtimalını artırıb. 

Videoda eyni zamanda mərhum müğənni Rəhim Rəhimli də yer alıb. O, pianoda ifa edərək Röya ilə duet oxuyur. 

Xatırladaq ki, Anarla Röya 2008-ci ildə ailə qurub və Hüseyn adlı oğlanları var. Cütlük 2014-cü ildə boşanmışdı.

Qeyd edək ki, A.Cəlilov son vaxtlar TikTok-da paylaşdığı videoları ilə gündəmə gəlmişdi.