“Röyadan sonra ikinciyəm…”

royadan-sonra-ikinciyem
Oxunma sayı: 4610

“Təşkilatçılar bizə şans yaradıblar ki, hər gün zəng vurub səsvermədə neçənci yerdə olduğumuzu öyrənə bilək. Mən hazırda ikinci yerdəyəm. Layihə başlayan gündən tutduğum yer dəyişmir”. 

Bu sözləri “Qafqaqzinfo”ya açıqlamasında aktrisa Oksana Rəsulova deyib. Sənətçi “Altın Kelebek” mükafat mərasimindən danışaraq səsvermədə ikinci olduğunu açıqlayıb.  O, fevralın 18-də “Azərbaycanın ən parlaq ulduzu” namizədlərinin İstanbulda iştirak edəcəyini qeyd edib:

“Düşündüyümə görə, birinci Röya Ayxandır. Müğənnini aktrisa ilə müqayisə etmək düzgün deyil. Röyanın fanatları, mahnıları çoxdur, fəaliyyəti illərə dayanır. Təbii ki, Röya lider olacaq. Peşələr üzrə səsvermə olsaydı, mən qalib gələcəkdim. Artıq biletim alınıb, yarışmada çıxış edəcəm. Bütün iştirakçılar dəvət olunub”. 


Oksana bir neçə gün bundan əvvəl “Hər şey daxil” proqramında prodüser Tarix Əliyev (Tolik)  və Xatun Əliyevanın şalvar müzakirəsinə şərh verib.  Aktrisa Xatunun ad günündə kiçik ölçüdə şalvar almadığını, bahalı brendin məhsulunu ona hədiyyə etdiyini söyləyib:

“Mən ona “S” ölçüdə şalvar almamışam. Aldığım da kombinezon olub. Ya “M”, ya da “L” idi. Yüz faiz deyirəm. Özü də çox yaxşı bir brendin məhsulu idi”.