Roza Zərgərlinin oğlu bələdiyyə üzvü seçildi

roza-zergerlinin-oglu-belediyye-uzvu-secildi
Oxunma sayı: 9746

Müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov ötən gün keçirilən seçkilərdə Qaraçuxur bələdiyyəsinin üzvü seçilib.

“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib. Bildirilib ki, onun adı lider namizədlər siyahısında yer alıb. C.Qafarov 6 min 667 səs toplayıb.

Qeyd edək ki, seçki bülletenində onun haqda bu cür məlumat yazılıb: “Corc Qafarov 1996-cı ildə anadan olub. Bakı şəhəri Suraxanı rayonunun 2 nömrəli uşaq evində yaşayır. “Xəzər” TV-də aktyordur. Namizədliyi özü tərəfindən irəli sürülüb. Bitərəfdir”.

***

Müğənni Roza Zərgərli məlumatı "Qafqazinfo"ya təsdiq edib və oğluna uğurlar diləyib. 

Xatırladaq ki, gənc fəal Mehman Hüseynov da sözügedən dairədən namizədliyini irəli sürmüşdü.