Türkiyə Radio və Televiziya Şurası (RTÜK) Show TV-də Seda Sayanın aparıcılıq etdiyi verilişi cəzalandırıb.
“Qafqazinfo” xəbər verir ki, həftə içi yayımlanan veriliş milli-mənəvi dəyərlərə zidd olduğu açıqlanıb.
RTÜK-ün yaydığı açıqlamada sözügedən proqramın müvəqqəti olaraq yayımdan qaldırıldığı qeyd edilib:
“İctimaiyyətin milli və mənəvi dəyərlərinə, əxlaqa və ailənin qorunmasına qarşı bir proqramdır”.
Qeyd edək ki, sözügedən proqram ötən gün yayımlanmayıb.
Son xəbərlər
Son Xəbərlər